Xırdalanda beş aydır işıqlandırılmayan park, səkisi asfaltlanmayan yol – FOTO

0
346

Xırdalan şəhərində səki asfaltsız qalıb. 

Bu barədə foto sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, beş ay əvvəl Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Ana-Bala” parkının ətrafında köhnə səki, ağaclar ləğv edilib və üçüncü zolaq yaradılıb. Köhnə işıq dirəkləri də çıxarılıb, yenisi quraşdırılmayıb.

Qeyd edilib ki, bu müddət ərzində hələ də səki asfaltlanmayıb. Parkın ərazisi çirklidir, işıqlandırılmır, gəzinti və istirahət üçün yararsızdır.