XİN mina xəritələri ilə bağlı ÇAĞIRIŞ ETDİ

0
158

Hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir.

Bu barədə Azərbaycan Xarici İşləri Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

“Ermənistan tərəfindən ayrı-seçkilik olmadan yerləşdirilmiş minalar günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir. Daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən indiyədək ölənlərin sayı 342 nəfərə çatıb”, – paylaşımda qeyd edilib.