XİN: Ermənistanın Gəncəni atəşə tutulması nəticəsində bir mülki şəxs həlak olub, dörd nəfər yaralanıb – FOTO

0
442

Ermənistan ordusunun Gəncəni atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) rəsmi “Twitter” səhifəsindən paylaşım edib.

“Ermənistan ordusunun Gəncədə əhalinin sıx olduğu yaşayış məntəqələrinə raket zərbəsi endirməsi nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Ermənistanla sərhəddən 60 km uzaqlıqda yerləşir. Şəhərə böyük ziyan dəyib” – deyə, məlumatda qeyd olunub.