
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Holokost Qurbanlarının Anım Günü ilə bağlı paylaşım edib. Bu barədə XİN-in “Twitter” hesabında məlumat verilib.
“Bu gün zəmanəmizin ən dəhşətli cinayətlərindən biri olan Holokostun anım günüdür. Bu gün biz nifrət, soyqırımı, insanlığa qarşı cinayətlər, irqçilik və ksenofobiyanı xatırlayırıq və onlara qarşı birlikdəyik”, – deyə paylaşımda bildirilib.
BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.
