Sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ailəsinə ağır itki üz verib.
Bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində yer alıb.
“Sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun anası, İzida Fuad qızı İbrahimbəyovanın dünyasını dəyişməsi ilə bağlı XİN rəhbərliyi və kollektivi adından dərin hüznlə başsağlığı bildiririk.
Allah rəhmət eləsin!” – deyə məlumatda qeyd olunub.
14:59
Sabiq Xarici işlər naziri Elmar Məmmədyarova ağır itki üz verib.
Sabiq nazirin anası İzidə Məmmədyarova bu gün 90 yaşında dünyasını dəyişib.
Mərhum Bakıda dəfn ediləcək.
Allah rəhmət eləsin.