Türkiyə xilasediciləri tərəfindən Qaziantep şəhərində baş verən zəlzələdən sonra dağıntılar altından təxminən 2 milyon dollar tapılıb.
Bu barədə fevralın 17-də şəhərin yanğınsöndürmə idarəsinin rəisi Cafer Yılmaz bildirib.
O, izah edib ki, yaşayış binalarından birinin dağıntıları altında üzərində külli miqdarda nağd pul olan bir nəfər tapılıb.
“Ümumilikdə, onun yanında 2 milyon dollar var idi. Xilasedicilər pulu xüsusi təyinatlılara təhvil veriblər”, – deyə xidmət rəisi izah edib.
Yanğınsöndürənin sözlərinə görə, rəhbərlik etdiyi bölmənin əməkdaşları insan həyatını xilas etməklə yanaşı, tapılan qiymətli əşyaları da polisə təhvil verirlər.