Xarici vətəndaşlara qanunsuz pensiya ödənişləri üzə çıxdı – RƏSMİ

0
486

Dövlət Sosial Müdafiə Fondunun Bakının Binəqədi və Nizami rayon şöbələrində əmək pensiyası hüququ olmayan şəxslərə pensiya təyin edilib.

Bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında bildirilir.

Qeyd olunub ki, Fondun həmin şöbələrində əcnəbilərə daimi yaşamaq icazəsi olmadığı dövrlərdə də pensiya ödənişi aparılıb.

Hesabatda yazılıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komissiyası tərəfindən əlillik dərəcəsi etibarsız hesab edildikdən sonra ödənişlər davam etdirilib.

Nəticədə, həmin şöbələr üzrə, ümumilikdə, müvafiq olaraq 905,7 min manat və 524,9 min manat vəsait ödənilib.