Xarici işlər nazirinə yeni müavin təyin olundu

0
351

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramova yeni müavin təyin olunub.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. 

Elnur Məmmədov xarici işlər nazirinin müavini vəzifəsinə gətirilib.

Bununla da xarici işlər nazirinin müavinlərinin sayı 5-ə çatıb.

Elnur Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub.

1998-ci ildə Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbi fəxri şəhadətnamə ilə başa vurub.

Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr (2002) və magistr (2004) səviyyələrini fərqlənmə diplomu ilə bitirib.

2004-cü ildə Vaşinqton Universitetinin hüquq fakültəsinin magistr səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

2007-2010-cu illərdə BDU-nun hüquq fakültəsinin mülki hüquq kafedrasında beynəlxalq kommersiya əqdləri fənnini ingilis dilində tədris edib.

2018-ci ildə Fransada yerləşən nüfuzlu INSEAD biznes məktəbinin idarəçilik ixtisası üzrə məzunu olub.

Bu təyinatdan əvvəl Elnur Məmmədov Xarici İşlər Nazirliyinin Ümumi katibliyinin rəisi vəzifəsində çalışıb.

Müxtəlif illərdə təhsil nazirinin müşaviri, Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb.

Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.

Ailəlidir, iki övladı var.