Xarici diplomatlar Ermənistanın “Azərbaycan” İES-ə raket zərbəsinin fəsadları ilə tanış olublar – FOTO

0
422

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncədən sonra Mingəçevirə səfər ediblər.

Onları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayət edir.

Nümayəndələr Mingəçevir şəhərində yaxınlığında Ermənistan tərəfdən atılan raketin düşdüyü Azərbaycan İstilik Elektrik Stansiyasına baxış keçiriblər.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev xarici nümayəndələrə məlumat verib.

O bildirib ki, oktyabrın 4-ü və 11-də Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın strateji obyekti olan Azərbaycan İstilik Elektirik Stansiyası ətrafına raketlər atılıb:

“Hazırda stansiya öz normal iş rejimində çalışır. Bu gün Azərbaycanın cəmi 15 faiz bu stansiyadan təmin olunur. Əsasən stansiya ixrac üçün yenidən qurulub. Gürcüstan, Türkiyə və Avropa ölkərinə biz ixrac əməliyyatları keçiririk”.

“Düşmənin bu cür yollara əl atmaqda məqsədi hamıya aydındır. Amma biz Azərbaycan xalqını işıqsız qoymayacağıq. 20 min Azərbaycan energetikləri Ali Baş Komandan, Prezident İlham Əliyevin göstəirşlərini yerinə yetirməyə hazırdır”.