Xaricdə təhsil proqramı üzrə üstünlük veriləcək prioritet ixtisaslar AÇIQLANDI

0
336

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının prioritet istiqamətləri açıqlanıb.

Bu, Prezident İlham Əliyevin fevralın 28-də təsdiqlədiyi Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramında əksini tapıb.

Sənədə əsasən, sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə ixtisas sahələrinin siyahısı hazırlanacaq.

Dövlət Proqramının icrası zamanı aşağıdakı prioritet ixtisas sahələrinə üstünlük veriləcək:

– informasiya texnologiyaları;

– mühəndislik;

– statistika və verilənlərin təhlili;

– fundamental və tətbiqi elmlər;

– ictimai səhiyyə;

– təhsil;

– ətraf mühit;

– aviasiya və kosmos;

– dövlət idarəetməsi;

– nəqliyyat və logistika;

– energetika;

– iqtisadiyyat;

– maliyyə;

– arxitektura və dizayn;

– kənd təsərrüfatı.

Prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı da hazırlanacaq.