“Xarıbülbül”ün işığında….

0
380

10 iyun 2022 ci il tarixində keçirilən bu tədbir “Xarıbülbül”ƏM -nin üzvlərinin, iştirakçıların yaddaşında uzun müddət qalacaq…
Tədbiri Ədəbi Məclisin sədri, bu sətirlərin müəllifi .açaraq sözü Vətən müharibəsi veteranı,”Müharibə Veteranı Qadınlarına Sosial Yardım”İB- nin sədri,”Tərəqqi “medallı,”Xarıbülbül”Ədəbi Məclisinin təsisçisi Rada Abbasa verdi ..O,tədbir iştirakçılarını salamladı .Sonra Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi..
Rada xanım “Xarıbülbül”hekayətini dinləyicilərə izah etdi ,Zəfərə gedən yolda canlarını fəda etmiş Şəhidlərimizdən,onların göstərdikləri şücaətdən ətraflı söhbət açdı.
Azərbaycanın ilk Milli Qəhrəmanı Səfiyar Behbudovun bacısı,”Qürur” Şəhid Ailələri Xeyriyyə İB-nin sədri Naibə xanım Behbudova da Müzəffər Ordumuzun qələbəsindən, qardaşı barədə məlumat verdi….
Tədbirin iştirakçılarından Şəhid qərargah rəisi Əsəd Həsənovun anası ,Ədəbi Məclisin Fəxri üzvü Mələk x.,”Murov Qartalı”Fəxri Qəribzadənin anası,Ədəbi Məclisin Fəxri üzvü Mehparə x. M.Müşfiq ocagının yadigarı, hamımızın sevimlisi,Ədəbi Məclisimizin Fəxri üzvü, Leyla xanlm Axundzadə,”M.S.Ordubad i muzeyi” nin aparıcı əməkdaşı Rasimə xanım Əhmədova,Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi ,Sabitlik və İnkişaf Mərkəzi İB – nin sədri Ruhiyyə xanım Poladova,həmən təşkilatın Qəbələ r-nu üzrə təmsilçisi Təranə xanım Alməmmədova, yazıçı- şairə Əfşan xanım, “Qürur”İB-nin Fəxri üzvü ,yazıçı -publisist ehtiyatda olan polkovnik- leytenant Azər Hacıbəyli ,bu günlərdə Türkiyədən yüksək mükafatla qayıdan həkim Aidə xanım Kazimi, dolgun şeirləri ilə mətbuatda çıxış edən Sevda xanım, Nərgiz xanım, musiqi müəllimi Türkan xanım və başqaları tədbirin maraqlı təşkilinə görə təşkilatçılara təşəkkür etdilər.
Tədbirə Xaçmaz rayonundan dəvət etdiyimiz -çəkdiyi rəsmləri ilə dəfələrlə qalib olaraq fəxri fərmanlara layiq görülmüş onuncu sinif şagirdi Nurlana Haşımova, İqtisad Universitetinin tələbəsi gənc rəssam Ayşən Cahangirova öz əl işlərini nümayiş etdirdilər. .İştirakçılar gənc mügənni İslam Qasımovun ifa etdiyi “Azərbaycan”mahnısını və sosial mediyada Qarabag mövzusunda ,vətənpərvərlik şeirlərinin özünəməxsus yüksək ifa tərzi ilə dinləyicilərin böyük ürəklərinə yol açmış tanınmış kiçik qiraətçi Nurayı coşqu ilə alqışladılar….
Qəbələdəki təmsilçimiz Təranə xanımın Şəhidlərimizin foto -şəkllərinə həsr olunmuş suvenir agacın Şəhid anası Mələk xanıma hədiyyə etməsi zamanı ana dedi ki, artıq oglum tək deyil , rahatam ki, öz dostlarınln arasındadır…O,hədiyyəyə görə Təranə xanıma dərin minnətdarlığını bildirdi..
Beləcə “Xarıbülbül” Ədəbi
Məclisinin üzvləri unudulmaz bir gün, xoş anlar yaşadılar..
Sonda xatirə şəkilləri çəkildi…

Nəzakət Kərimova Əhmədova,

“Xarıbülbül”Ədəbi Məclisinin sədri,AJB-nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru,
yazar -publisist.