Xankəndidən qaçanlar Bakıya qarşı nə planlaşdırır? – Bu gün təxribat olacaq

0
54

Qarabağda anti-terror əməliyyatından bir il ötür. Ötən il Xankəndidə məhv edilən separatçı dəstənin bir hissəsi həbs edilərək, qanun qarşısına çıxarıldı, bir hissəsi isə İrəvana qaçdı. İrəvana qaçan separatçılar hələ də iddialarını davam etdirir.

Bu gün separatçılar məhv edilən qondarma rejimin “yas mərasimini” keçirməyə və Azərbaycana qarşı növbəti təxribata hazırlaşır.

Ləğv edilmiş qondarma rejimin sonuncu “başçısı” Samvel Şahramanyanın dəstəsi ilə “Yerablur”a (məhv edilən ermənilərin dəfn olunduğu yer) baş çəkəcək. Daha sonra “Müqəddəs xaç” kilsəsində görüş keçirəcək. Görüşdə qondarma “artsax” ideyasının davam etdirilməsi, Azərbaycana qarşı atılacaq addımlar müzakirə olunacaq.

“Hraparak” nəşri yazır ki, bu addımlar rəsmi İrəvanda narahatlıq yaradıb. Ermənistan hakimiyyəti separatçıların fəallığını qəbul etmir, bu kimi fəaliyyətlərin Azərbaycanla qarşıdurmaya səbəb olacağını, nəticə etibarilə, ölkənin təhlükəsizliyini təhdid etdiyini düşünür. Artıq hakimiyyətin bütün komandasına göstəriş verilib. Gün ərzində təbliğat ötən il Qarabağda baş verənlərə görə qondarma “artsax” “liderləri”nin günahkar olduğu yönündə qurulacaq.

Nəşr iddia edir ki, Ermənistan hakimiyyəti separatçılar arasında daxil çəkişmələri qızışdırmaq üçün bütün imkanlarını işə salıb.