Xankəndidən qaçan separatçılar Paşinyana ultimatum verdilər: 10 gün sonra nə olacaq?

0
17

Qarabağdan Ermənistana qaçan separatçılar 23 iyunda “mübarizənin ikinci mərhələsinə” başlayacaqlarını elan edib.
Separatçılar fəaliyyətlərini Qarabağdan İrəvana qayıdan erməni əhalisinin “sosial problemlərinin həlli” məsələsi üzərində davam etdirir. Bu məqsədlə qondarma “artsax vətəndaş hüquqlarını müdafiə şurası” yaradılıb.

Qondarma şuranın üzvü Aqres Marqaryan bildirib ki, “mübarizənin ikinci mərhələsi iyunun 23-də başlayacaq”. Lakin hansı formatda olacağını və hansı vasitələrə əl atacaqlarını açıqlamayıb. Bildirib ki, atacaqları addımları yaxın vaxtlarda elan edəcəklər.

“Biz əvvəldən bildirmişdik ki, hökumət verdiyi vədləri yerinə yetirməsə, mübarizənin davam etdirəcəyik. Mövqeyimiz dəyişməyib. Artıq regionlarda məlumatlandırma və təşkilatlanma işləri həyata keçirilir”, – o bildirib.

Digər separatçı Njde İskəndəryan isə bildirib ki, “mübarizə” təkcə sosial məsələlərin qaldırılması ilə məhdudlaşmır. Onların tələblərinə ermənilərin Qarabağa qayıdışının təmin edilməsi, “əsirlərin” (Bakıda həbsdə olan separatçılar) azad edilməsi və digər məsələlər də daxildir.