Xankəndidə yenidən “casus ovu” başladı – Bakıya qarşı oyun

0
181

Qarabağdakı separatçı rejim yenidən “casus ovu”na başlayıb.

Separatçılar erməni hərbçini “xarici öllkəyə casusluq” ittihamı ilə həbs edib. İddiaya görə, adı açıqlanmayan erməni hərbçi ötən ilin iyul ayından ödəniş qarşılığında casusluq edib.

Terrorçu rejimin “xarici ölkə” deyəndə Azərbaycanı nəzərdə tutur və aydındır ki, “casus ovu” erməni əhalisinin Bakıya üz tutmasının qarşısını almağa hesablanmış addımdır.

44 günlük müharibədən sonra separatçılar zaman-zaman bu kartı işə salır və ermənilərə göstərirlər ki, Bakıya qarşı istənilən loyal münasibətin cavabı “casusluq” ittihamı ilə həbs olacaq. Laçın yolundakı aksiya və erməni əhalisinin Azərbaycanla təmasları artırmaq istəkləri fonunda yenidən “casus ovu”na başlanması da təsadüfi deyil və istisna deyil ki, bu dəfə proses daha genişçaplı olacaq.