Müharibədən sonra Xankəndidə ilk məktəb açılıb.
Bu sözləri keçmiş qondarma “dqr”in separatçı-terrorçu başçısının “müşaviri” David Babayan deyib.
O, yaxın zamanda universitetin də açılacağını bildirib və bütün bunlara görə Rusiya sülhməramlılarına təşəkkür edib.
Qeyd edək ki, məktəbin giriş hissəsində “Sağ ol, Rusiya” yazısı da diqqətdən qaçmayıb.