Xankəndidə ajiotaj: Azərbaycan Ermənistana məxsus mobil şəbəkələrin yayılmasının qarşısını alıb

0
356

Azərbaycan Ermənistana məxsus mobil şəbəklərinin tezliklərinin ölkə ərazisində yayılmasının qarşısını alınması nəticəsində Xankəndində və ermənilərin kompakt yaşadığı Qarabağ ərazilərində erməni mobil telefonlar işləmir və ya ciddi nasazlıq yaranır.

Bu barədə sepratçı rejimin Xankəndindəki qondarma nazirliyi məlumat yayıb.

Bildirilir ki, Qarabağda mobil rabitədə yaranan nasazlıqlar Azərbaycan tərəfindən rabitə tezliklərinin yayılmasının qarşısını alması nəticəsində baş verir.

Qeyd olunur ki, problemin danışıqlar yolu ilə həlli istiqamətində addımlar atılır.

Məlumat üçün bildirək ki, bu hadisə Xankəndidə yaşayan ermənilər arasında ciddi ajiotana səbəb olub. Onlar panika içərisindədir.

Onu da qeyd edək ki, Azərbaycan beynəlxalq hüquqa söykənərək xarici ölkənin mobil şəbəkəsinin öz suveren ərazisində yayımlanmasının qarşısını almaq hüququna malikdir.