Xankəndi yolundakı aksiyanın iştirakçısı: “Sülhməramlılar bizim təbii sərvətlərimizin talanmasına göz yumur”

0
166

“Rusiya sülhməramlıları bizim təbii sərvətlərimizin talanmasına göz yumur”.

Bu sözləri açıqlamasında Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçısı Mürvət Məmmədov deyib.

O, ailəsinin Xocalı soyqırımına məruz qaldığını bildirib: “Həmin vaxt 366-cı motoatıcı alay buna göz yummuşdu. Bu gün də Rusiya sülhməramlıları bizim təbiətimizə qarşı edilən terrora göz yumur. Ona görə də bu aksiyada iştirak etməyi özümə borc bildim. Biz imkan vermərik ki, bizim təbiətimizə qarşı terror davam etdirilsin. Rusiya sülhməramlıları bizim təbii sərvətlərimizin talanmasına göz yumur. Bu gün Azərbaycan 1992-ci ildəki dövlət və xalq deyil. Nə qədər ki, bizə öz ərazilərimizdə monitorinqin həyata keçirilməsinə icazə verilməyəcək, biz aksiyamızı davam etdirəcəyik”.