
Qondarma Dağlıq Qarabağ rejiminin “paytaxtı” hesab edilən Xankəndidən (Stepanakert) əhalinin 70%-i çıxıb.
Bunu şəhərin bələdiyyə başçısı David Sarkisyan açıqlayıb.
Onun sözlərinə görə, şəhərdən çıxanlar İrəvana köçüblər.
Bildirilib ki, şəhərə giriş-çıxış məhdudlaşdırıldığından əhalini qida ilə təmin etmək yerli hökumətin üzərinə düşür. Meriya qalan sakinlərə təxliyə təşkil etməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri həmin istiqamətdə əməliyyat keçirmir.