Xameneyi növbəti dəfə etirazçıları HƏDƏLƏDİ

0
159

İranın dini rəhbəri Əli Xameneyi yanvarın 12-də etdiyi çıxışda etiraz aksiyalarının düşmən fitnəsi olduğunu iddia edib. O, etirazların qətiyyətlə yatırılacağını bildirib.

Ölkə iqtisadiyyatında problemlərin olduğuna etiraf edən Xameneyi bunu və aksiyaların keçirilməsini növbəti dəfə xarici düşmənlərin işi olduğunu və ölkədə mövcud olan problemlərdən su-istifadə etməyə çalışdıqlarını iddia edib:

“Düşmənlər tərəfindən yaxşı işlənmiş hərtərəfli plan həyata keçirildi, ancaq bu etirazlara və gələcəkdə keçiriləcək etirazlar qarşısında təslim olmayacayıq”.

O, etirazların xarici dövlətlərin kəşfiyyat orqanları və onların daxildəki agentlətinin planlı fəaliyyəti olduğu barədə öncəki iddialarını yenidən təkrar edib.

Xameneyi rejim mənsubları və tərəfdarlarına təsəlli verməyə çalışıb və bundan öncə olduğu kimi hazırkı vəziyyətdən də çıxacaqlarını söyləyərək, onları arxayınlaşdırmağa çalışıb