
Bu sözləri öz Tvitter səhifəsində İran Ali Dini lideri Əli Xamenei paylaşıb. O, fələstinlilərin ABŞ-ın təqdim etdiyi “əsrin müqaviləsi”nə qarşı cihad elan etməli olduğunu bildirib:
“Onlar öz sui-qəsdlərini silah və rüşvət köməyi ilə reallaşdırmağa cəhd edəcəklər. Həll nədir? Həll fələstinlilərin cəsarətli müqaviməti, düşmən sionistlər və ABŞ-ı cihadın köməyi ilə qovmasıdır”, – deyə o bildirib.
O, bütün müsəlman dünyasının bu müqavimətə dəstək göstərməli olduğunu deyib.