Xamenei dünyanı təhdid etdi – Maksimum təzyiq

0
475

Verdikləri sözə baxmayaraq, reallıqda avropalılar ABŞ sanksiyalarına riayət edirlər, onlar heç bir addım atmayıblar və şübhələnirəm ki, heç etməyəcəklər də

 Rəsmi Tehran “lazım olan nəticə” əldə olunmayana qədər nüvə razılaşması üzrə öhdəliklərini azaltmağa davam edəcək. Bunu İranın dini lideri Əli Xamenei bildirib.

“Nüvə problemi üzrə öhdəliklərimizi azaltmağa davam edəcəyik. Biz lazım olan nəticəni əldə etməyənə qədər bütün ciddiyyətimizlə bunu davam etdirməliyik”, – deyə Xamenei vurğulayıb.

İranın dini lideri qeyd edib ki, Birləşmiş Ştatların İrana qarşı “maksimum təzyiq” siyasəti iflasa uğrayıb.

Xatırladaq ki, sentyabrın 26-da İranın ali dini lideri Əli Xamenei bəyan edib ki, Avropa ABŞ-ın sanksiyalarına riayət edir və Tehran nüvə razılaşması ilə bağlı avropalılara ümid bəsləməməlidir.

“Verdikləri sözə baxmayaraq, reallıqda avropalılar ABŞ sanksiyalarına riayət edirlər, onlar heç bir addım atmayıblar və şübhələnirəm ki, heç etməyəcəklər də. Bununla əlaqədar avropalılara ümid etməyi tamamilə dayandırmaq lazımdır”, – deyə Xamenei bildirib.

O əlavə edib ki, avropalıların vasitəçilik rolunda çıxış etməsinə baxmayaraq, əslində “onlar uzun söhbətlər edirlər, lakin onların bütün sözləri absurddur”.