Xalq yazıçısı Anar ölümlə üz-üzə qaldı – TƏFƏRRÜAT

0
523

Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar bu günlərdə ölüm təhlükəsi ilə üz-üzə qalıb.

Xalq yazıçısı bu günlərdə ailəlikcə qardaş Türkiyəyə istirahətə gedib.

İstirahətinin son günlərində, Azərbaycana dönməyə bir gün qalmış Egey dənizində boğulmaqdan son anda xilas olub. Xalq yazıçısı hadisəni belə nəql edib:

“Orda ailə ilə bir yerdə dincəlirdik. Amma dəniz turuna tək çıxmışdım. 6 saatlıq tur idi. O saat uşaqlar, cavanlar dənizə tullanıb çimirdilər. Axırıncı dəfə gəmi sahildən bir az aralı dayandı. Dedim madam ki, çıxmışam, bir dəfə mən də çimim.
Otelin hovuzunda çimirdim, dedim dənizə də baş vurum. Özümü göyərtədən dənizə atdım. Demə, gəmi dənizin lap dərin yerində dayanıbmış. Dərinlik bəlkə də üç mən hündürlükdəydi. Boğulurdum, su ağzıma dolurdu.

“Fəryad” qışqırım, ya türkcə “imdad” qışqırım, “SOS” deyim, heç ağlıma da gəlmirdi. Dalğalar da məni gəmidən uzaqlaşdırırdı. Üzməyə çalışıram, amma dalğalara müqavimət göstərə bilmirəm.

Birdən səs gəldi ki, “Anar müəllim, əlinizi verin!” Əlimi uzatdım. Tutdu əlimdən, gəmiyə doğru dartdı. Gəmiyə çatandan sonra məhəccərdən yapışıb yuxarı qalxdım. Ramil adlı həkim orada olmasaydı, bəlkə də fəlakət olacaqdı. Demə, o da ailəsi ilə istirahətə gəlibmiş. Yoldaşı da həkimdir, iki dənə də balaca uşağı var. Onlar da Azərbaycandan istirahətə gəlibmişlər. Dedi görüşərik. Amma səhəri gün mən Bakıya döndüm”.