XALQ ŞAİRİ SÖHRAB TAHİRİN DOĞUM GÜNÜ QEYD EDİLDİ

0
115

Azərbaycanın Xalq şairi, ustad Söhrab Tahirin doğum günü yaradıcısı olduğu Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin baş ofisində

ailə üzvləri və tanınmış ziyalıların iştirakı ilə qeyd olundu, xatirəsi yad edildi… Tədbiri giriş sözü ilə açan DAMM-nin 1-ci vitse-prezidenti Ruhiyyə Poladova şairin ad günü ilə bağlı keçirilən tədbirin mahiyyətindən, ustad şairin həyat və yaradıcılığından qısa məlumat verdi. Sonra söz tədbirin moderatoru “Dünya Azərbaycanlıların  Həmrəyliyinə Dəstək” İB-nin sədri Tofiq Əlizadəyə verildi. 

Tədbirdə Xalq şairinin yaxın dostu Şeyx Əbdül Mahmudbəyov Söhrab Tahirlə bağlı xatirələrini bölüşdü. 

Tədbirdə ə şairin qızı Nəsibə Tahir və digər ziyalılar iştirak edirdilər.

XXX

Söhrab Tahir 1926-cı il mayın 27-də Astara şəhərində anadan olub.. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinifədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olmuşdur. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952–1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959–1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962–1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalında redaktor olmuşdur.

Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986–1991) olmuşdur. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V. V. Mayakovski ordeni ilə təltif edilmişdir. 2002-ci ildən prezident təqaüdçüsü olub.

Xalq şairi uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənmişdir. Bunun nəticəsində, şairin ayaqlarında qanqrena getmişdir. Sənətkarın 30 mart 2016-cı ildə sağ ayağı, 4 aprel 2016-cı ildə isə sol ayağı amputasiya edilmişdir, amma buna baxmayaraq görkəmli şair 4 may 2016-cı ildə dünyasını dəyişmişdir. Xalq şairi II Fəxri xiyabanda dəfn olunmuşdur.

-Vətənlə sevgi arasında (şeirlər və poemalar). Bakı: Yazıçı, 1986, 344 s.

-Qonşu qızın məktubları (povest və roman). Bakı: Gənclik, 1985, 272 s.

-Əmanət (povestlər). Bakı: Gənclik, 1991, 421 s.-

Lirika. Bakı: Azərbaycan Respublikası “Kitab” cəmiyyəti, 1992, 85 s.-

Sevgi əfsanəsi (şeirlər və poemalar). Bakı: Yazıçı, 1983, 284 s.  


Y.Məmmədli 

s
s-4
s-3
s-2
s-5