Xalq artisti xəstəxanaya yerləşdirilib: Səhhəti ilə bağlı açıqlama – VİDEO

0
445

Xalq artisti Canəli Əkbərovun yenidən xəstəxanaya yerləşdirilməsi məsələsinə aydınlıq gətirilib.

Xalq artistinin qızı Sevinc xanım açıqlamasında atasının səhhətinin yaxşı olduğunu bildirib:

“Hazırda atamın vəziyyəti çox yaxşıdır. Ayaqlarında bir az problem var idi. Amma indi yaxşıdır. On günlük müalicə alması lazım olduğuna görə xəstəxanadadır. Sabah çıxacaq”.

Xatırladaq ki, Əməkdar artist Babək Niftəliyev “Instagram” səhifəsində Xalq artistinin Mərkəzi Kliniki Xəstəxanadan olan videosunu paylaşıb.

Qeyd edək ki, bir müddət öncə Xalq artisti gizli insult keçirdiyi üçün ayaqlarında problem yarandığına görə yeriməkdə çətinlik çəkirdi.