Xalq artisti: ““Uşaqpulu” bərpa edilsin, uşaqlar yaxşı yaşasınlar”

0
182

“Mən də istəyirəm ki, uşaqlar yaxşı yaşasınlar. İmkansız ailələr “uşaqpulu” almalıdırlar”.

Bu sözləri Xalq artisti Rasim Balayev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin uşaqpulu ilə bağlı səsləndirdiyi və müzakirələrə səbəb olan “dəstək ünvanlı olmalıdır, nəinki ümumi” fikirlərinə münasibət bildirərkən deyib.

“Uşaqpulunun bərpa edilməsinin tərəfdarıyam”, – Xalq artisti vurğulayıb.