Xalq artisti Arif Babayev insult keçirərək xəstəxanaya yerləşdirilib.
Bu haqda xalq artistinin oğlu məlumat verib.
Onun sözlərinə görə, atasının vəziyyəti stabildir:
“Hazırda Mərkəzi Klinika Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib. İnsult keçirib və üç gün öncə xəstəxanaya aparılıb. İnşallah, tezliklə səhhəti yaxşı olar. Hazırda yanına ailə üzvləri belə buraxılmır”.