Xalq artisti Mənsum İbrahimov Prezidentin təşəbbüsünə qoşulub.
Xəbər verir ki, M.İbrahimov yaydığı video-müraciətdə koronavirusla mübarizəyə dəstək verdiyini bildirib və Prezident İlham Əliyevdən nümunə götürərək, bir aylıq əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdüyünü açıqlayıb.
M.İbrahimov köçürdüyü məbləğin (1000 manat) qəbzini də paylaşıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 illik əmək haqqını bağışlayıb.