
Müəllifi Tural Manaflı olan şeir R. Ayxan tərəfindən səsləndirilib. Xalq artisti sözügedən bəstəni ekranlaşdırmaq üçün rejissor Fərhad Əliyə müraciət edib, klipin çəkilişləri Bakıda baş tutub. Sözügedən layihə Röya Ayxanın “YouTube” səhifəsində yayımlanıb.
Bundan əlavə, mahnı “Apple Music”, “Spotify”, “Deezer”, “Mood” kimi musiqi yükləmə platformalarında öz yerini tapıb.
Qeyd edək ki, Ə. Şükürov sözügedən mahnını 2014-cü ildə ifa edib.