Müğənni Elnarə Xəlilova “Darıxsan” adlı mahnısına klip çəkdirib.
Mahnıya Pantomim teatrının yaradıcısı xalq artisti Bəxtiyar Xanızadə quruluş verib.
B.Xanızadə bildirib ki, ilk dəfədir klip çəkir: “Elnarədən əvvəl heç kimə klip çəkməmişəm, Elnarədən sonra da heç kəsə klip çəkməyəcəm. Azərbaycanda çox yaxşı klip çəkməyi bacaran insanlar var. Mən, sadəcə bu işdə ona kömək etdim”.
Klipdə Pantomim teatrının aktyorları Bəhruz Vaqifoğlu və Leyla Atayeva da rol alıb.
“Darıxsan” mahnısının musiqisi Məryəm Əlibəyli, sözləri Nicat Qafuroğlu, aranjemanı Rəşad Bağırova məxsusdur. Klipin operatoru Ruslan Ağazadədir, montaj və rəng korreksiyası Emin Muradova aiddir.
“Darıxsan” mahnısına çəkilən klipi bu linkdən izləyə bilərsiniz: