Xaçmazda ailə faciəsi: Dəm qazından boğulan qız öldü, ananın vəziyyəti orta ağırdır

0
297

Xaçmazda ana və qızı dəm qazından zəhərlənib.

Hadisə Yeni Həyat qəsəbəsində baş verib.

1987-ci il təvəllüdlü Əhmədova Nargözəl Kirmanşa qızı və övladı, 2013-cü il təvəllüdlü Əhmədova Maral Əliyar qızı ev şəraitində dəm qazından zəhərləniblər. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, M.Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb.

N.Əhmədovaya isə tibbi yardım göstərildikdən sonra reanimasiyya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.