Alman və hollandiyalı tədqiqatçıların hesablamalarına görə, Xəzər dənizinin səviyyəsi 2100-cü ilə qədər indikindən 9-18 metr aşağı olacaq.
Bu barədə “Neyçr Komyunikəyşns Örs İnvayronment” (Nature Communications Earth & Environment) jurnalı məqalə dərc edib.
Alimlər hesab edir ki, 371 min kvadrat kilometrlik gölün səviyyəsi ilbəil azalır. Bu, regionun ekologiyasında, iqtisadiyyatında və siyasi sabitliyində bir sıra problemlər yaradacaq.
Mütəxəssislərin sözlərinə görə, azalma yaxın onilliklər ərzində sürətlənəcək və 2100-cü ilə qədər dənizin səviyyəsi 9-18 metr aşağı düşəcək, dəniz hövzəsinin sahəsi isə 23-34 faiz azalacaq.