ÜST ekspertlərinin COVİD-19-la baglı müşahidələr aparmaq üçün Türkmənistana səfəri planlaşdırılır.
Bu barədə “Xronika Turkmenistana” nəşri məlumat yayıb. Bu səbəblə türkmən məmurları iclas keçiriblər. İclasda qərara alınıb ki, analizlərinin cavabı müsbət çıxan koronaviruslu xəstələrin çoxu karantin düşərgələrindən evə göndərilməlidir.
Eyni zamanda, koronaviruslu xəstələrin xəstəlik vərəqələri də bir daha nəzərdən keçirilməlidir. Bu, ölkədə virusa yoluxanların sayının azaldılmasına xidmət edir.