
Yanvarın 5-də Xəzər dənizində maqnitudası 3,4 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 08:12-də qeydə alınıb.
Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.