Xəzərdə zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir.
Məlumata görə, 4,3 maqnitudalı yeraltı təkanlar yerli vaxtla saat 17:49-da qeydə alınıb.
Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar sahilə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.