Xəzər dənizinin səviyyəsinin aşağı enməsi səbəbindən 2022-ci ilin oktyabrından gəzinti gəmilərinin fəaliyyətində fasilə yaranıb.
Bəs iki ilə yaxındır Dənizkənarı Milli Park ərazisində fəaliyyətini dayandıran gəmilər nə zaman təkrar istifadəyə verilə bilər?
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva cavab olaraq bildirib ki, gəmilərin yenidən təhlükəsiz fəaliyyəti istiqamətində qiymətləndirilmə aparılır, dəniz suyunun aşağı enməsi ilə əlaqədar mövcud vəziyyət dəyərləndirilir:
“Gəmilərin yenidən fəaliyyəti ilə bağlı çıxış yolları axtarılır”.