Xəzər TV-nin binası boşaldıldı

0
131

Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.

Xəzər Media Mərkəzinin binasının qonşuluğunda olan yanğına görə, kanalda evakuasiya prosesi başlayıb.

Həmçinin, bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

xxx

Xətai rayonu, Süleyman Əhmədov küçəsində, Xəzər Media Mərkəzinin binasının qonşuluğunda baş verən yanğın nəticəsində zəhərlənənlər var.

Bu barədə Xəzər TV-nin əməkdaşı məlumat verib.

“Partlayış boya zavodunda olduğu üçün tüstüdən və kimyəvi maddənin qoxusundan əraziyə yaxınlaşmaq olmur. Əraziyə polis əməkdaşları cəlb olunub. Polislər Xəzər TV-nin əməkdaşlarının hamısını binadan çıxarıblar. Televiziyanın binası tamamilə boşaldılıb. Səbəb isə yanğından dolayı tüstünün binanı bürüməsidir. Kanalın əməkdaşları nəfəs ala bilməyib. Partlayış olan ərazidə zavodun əməkdaşları zəhərlənib. Xəzər TV-nin əməkdaşlarının zəhərlənib-zəhərlənmədiyi ilə bağlı məlumat yoxdur. Ölüm olub-olmadığı da bilinmir, çünki zəhərli maddənin təsirindən əraziyə yaxınlaşa da bilmirlər. Bir neçə dəfə partlayış səsi eşidilib”, – televiziyanın əməkdaşı bildirib.