Xəzər ekoloji fəlakətin astanasında – FOTOREPORTAJ

0
349

Xəzər dənizinin Bakı hissəsində suyun geri çəkilməsi müşahidə edilib.

Lentə alınan fotolarda dənizdə suyun səviyyəsinin xeyli düşməsi öz əksini tapıb. 

Qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur. Belə ki, dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. 

Son 3500 il ərzində dənizin səviyyəsinin dəyişməsi 15 metr, son 200 ildə 3,5 metr təşkil edib. 1977-1995-ci illər ərzində dəniz səviyyəsində 2,5 metr tərəddüd müşahidə edilib. Bu zaman səviyyənin artma sürəti təqribən 15 sm/ilə bərabər olub.

2005-ci ildən Xəzər dənizinin səviyyəsində enmələr müşahidə olunmaqdadır. Dəniz səviyyəsində müşahidə olunan müntəzəm enmə 2015-2017-ci illər ərzində müvəqqəti olaraq dayansa da, 2018-ci ildən Xəzərin səviyyəsi yenidən enməyə başlayıb.