Xətai rayonunda iki küçə təmir olundu – FOTO

0
308

Xətai rayon üzrə yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan, Nəsrəddin Tusi və Əliağa Şıxlinski küçələrində təmir-tikinti işləri aparılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, həmin küçələrin müvafiq olaraq 2,8 km və 1,8 km-lik hissələri uzun müddət təmir olunmadan istismar olunurdu.

Aparılan yenidənqurma işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu və yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Təmir zamanı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.

Bu işlərə paralel olaraq, küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Sonuncu mərhələdə isə hər iki küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Cari ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Xətai rayonu üzrə daha öncə təmirə ehtiyacı olan 2,1 km uzunluğa malik Kazımağa Kərimov və 2,8 km-lik Abbas Fətullayev küçələrində, həmçinin 0,7 km-lik Zavod küçəsi üzrə yollarda da analoji təmir işləri icra olunub.