Xəstəxanalarda əlillik alt sistemi ilə bağlı problem var? – AÇIQLAMA

0
436

“Vətəndaşlar xəstəxanalarda olan hər hansı problemlə bağlı İcbari Tibbi Sığorta Agentliyinə müraciət edə bilərlər”.

Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova məlumat verib.

O bildirib, bunun səbəbi barədə aidiyyəti orqanların araşdırmalarından sonra məlumat verilə bilər.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Alt Sistemində heç bir problem yoxdur. Vətəndaşlar heç bir problem olmadan xəstəxanalara müraciət edərək sənədlərini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərə bilərlər” – deyə qeyd edilib.