Xəstəliyə görə məktəbdən çıxdı – 11 yaşında dünyanın ən gənc restoran sahibi oldu – FOTO-VİEO

0
455
Xəstəliyə görə məktəbdən çıxdı - 11 yaşında dünyanın ən gənc restoran sahibi oldu - FOTO-VİEO

İngiltərənin London şəhərindən olan 12 yaşlı Omari MakKuin dünyanın ən gənc restoran sahibidir.

Oonun haqqında “The Mirror” yazır.

Belə ki, Omari uşaqlıdan disleksiyadan əziyyət çəkir, yəni oxumaq və yazmağı öyrənməkdə çətinlikləri olub və artıq 7 yaşında müəllimlər ondan əlini üzüblər. İllərlə vəziyyət daha da pisləşdiyi və imtahanlardan keçə bilməyəcəyi üçün atası 5-ci sinifdə oxuyan oğlunu məktəbdən çıxararaq təhsilini evdə davam etdirib.

Xəstəliyə görə məktəbdən çıxdı - 11 yaşında dünyanın ən gənc restoran sahibi oldu - FOTO-VİEOHəmin zaman Omarinin ailəsi uşağa görə narahat olmadı, çünki valideynləri onun pul qazana biləcəyi bir hobbisi olduğunu bilirdilər.

Xəstəliyə görə məktəbdən çıxdı - 11 yaşında dünyanın ən gənc restoran sahibi oldu - FOTO-VİEOOğlanın anası xəstə olduğuna görə atası daim müalicə üçün pul qazanmaqla məşğul olub, Omari isə erkən yaşlarından yemək bişirib. Hər gün bütün ailə üçün həvəslə yemək hazırlayan oğlana atası yemək reseptləri olan kitablar almağa başlayıb və onu kulinariya texnikumuna hazırlaşdırmaq qərarına gəlib.

Bütün ailəsindən dəstək görən Omarinin açdığı “YouTube” kanalı tezliklə məşhurlaşıb.

Omari iki nəfəri özünə nümunə hesab edir: baş aşpaz Qordon Ramzi və aktyor Çedvik Bouzman. Oğlanın sözlərinə görə, Bouzman ona heç bir halda ruhdan düşməməyi və irəli getməyi öyrədib.

Xəstəliyə görə məktəbdən çıxdı - 11 yaşında dünyanın ən gənc restoran sahibi oldu - FOTO-VİEOXəstəliyə görə məktəbdən çıxdı - 11 yaşında dünyanın ən gənc restoran sahibi oldu - FOTO-VİEO11 yaşında Omari cəsarətini toplayaraq Londonun “foodmall” direktoruna müraciət edib və onun restoranını maliyyələşdirməyi xahiş edib. Nəticədə, uşağa bir həftə pul ödəmədən şəxsi restoran açıb işlətmək imkanı yaradılıb və Omari dünyanın ən gənc restoran sahibi adını qazanıb.

Balaca aşpaz restoranda Karib mətbəxinin vegetarian yeməklərini hazırlayıb.

Xəstəliyə görə məktəbdən çıxdı - 11 yaşında dünyanın ən gənc restoran sahibi oldu - FOTO-VİEO2021-ci ilin mart ayında Omari özünün ilk kulinariya kitabını çap etdirib və dayanmaq fikrində deyil.

Xəstəliyə görə məktəbdən çıxdı - 11 yaşında dünyanın ən gənc restoran sahibi oldu - FOTO-VİEOOğlan hesab edir ki, hər kəs dadlı bişirməyi öyrənə bilər, çünki Omari özü də ilk zamanlar adi makaronları da bişirə bilməyib.

Hazırda o, CBBC telekanalında kulinariya şousuna aparıcılıq edir. Buraya onu “foodmall”da gördükdən sonra çağırıblar.

Omari çox pul qazanmağı və xəstə valideynlərinə qulluq etməli olan uşaqlara kömək olmağı arzulayır.

Xəstəliyə görə məktəbdən çıxdı - 11 yaşında dünyanın ən gənc restoran sahibi oldu - FOTO-VİEO
Xəstəliyə görə məktəbdən çıxdı - 11 yaşında dünyanın ən gənc restoran sahibi oldu - FOTO-VİEO
Xəstəliyə görə məktəbdən çıxdı - 11 yaşında dünyanın ən gənc restoran sahibi oldu - FOTO-VİEO
Xəstəliyə görə məktəbdən çıxdı - 11 yaşında dünyanın ən gənc restoran sahibi oldu - FOTO-VİEO