Xəstəliklərin inkişafının qarşısını almaq mümkün olacaq

0
521

Yaponiya alimləri bir sıra xəstəlikləri başlamasından üç il əvvəl proqnozlaşdırmağın yollarını öyrəniblər.

Hirosaki və Kioto universitetlərinin mütəxəssisləri təxminən 20 xəstəliyin, xüsusən diabet, demensiya, arteroskleroz, hipertoniya, xroniki böyrək çatışmazlığı, osteoporoz, piylənmə, ürək-damar çatışmazlığı və digərlərinin inkişaf ehtimalını dəqiq müəyyənləşdirmək üçün metod hazırlayıblar.

Onlar süni intellektdən istifadə edərək, insanın tibbi göstəricilərini 20 kateqoriyada təhlil edən sistem yaradıblar.

Burada insanın fiziki vəziyyəti, genetikası, həyat tərzi və pis vərdişləri haqqında məlumatlar nəzərə alınır. Sistem təxminən 20 min insanın məlumatları əsasında ərsəyə gətirilib.

Alimlərin fikrincə, onların metodu əvvəlcədən müəyyən addımlar ataraq, həyat tərzini dəyişdirməklə xəstəliklərin inkişafının qarşısını alacaq.