Xəstəlikdən sonra yerişiniz dəyişibsə… – Nevroloqdan həyəcan təbili

0
134

Koronavirus infeksiyasında sinir sistemindən gələn təzahürlər çox xarakterikdir. Ümumilikdə COVID-19-un mərkəzi sinir sisteminə təsiri nəticəsində meydana çıxan nevroloji simptomlara baş ağrısı, başgicəllənmə, ensefalopatiya, ensefalit, meningit, insult, qıcolmalar və digər təzahürlər daxildir. Daha bir mürəkkəb vəziyyət serebel ataksiyadır. Onun əsas təzahürləri hərəkətlərin qeyri-koordinasiyası, onların qeyri-mütənasibliyi, yerişin qeyri-sabitliyi, yerimə zamanı qeyri-müəyyənlik, tarazlığı saxlamaqda çətinliklər, əzələ zəifliyi və əllərin titrəməsidir.

Nevroloq Zaynəb Xaybulayeva Ura.ru-ya serebel ataksiyasının klinik təzahürləri barədə danışıb.

Hərəkətlərin koordinasiyasının pozulması – dəqiq, əlaqələndirilmiş hərəkətləri düzgün və ardıcıl yerinə yetirə bilməməkdir.

Dizartriya – sözləri aydın tələffüz edə bilməmək, ifadələrin səhv qurulması ilə nitqin pozulması deməkdir.

Disdiadokokinez – sürətli alternativ hərəkətlər edə bilməməkdir.

Dismetriya – hərəkət diapazonunu idarə edə bilməməkdir.

Skan edilmiş nitq – sözün və ya hecanın başlanğıcını tələffüz etməyi çətinləşdirən ləng tələffüzdür.

Tremor – qeyri-ixtiyari, ritmik hərəkətlərdir.

Serebel ataksiyasının başqa bir təzahürü nistiqam – göz almasının qeyri-iradi, ardıcıl, ritmik hərəkətidir. Bu hərəkətlər üfüqi, şaquli, dairəvi və diaqonal olur. Sağlam adamlarda da, məsələn, kresloda fırlandıqda, hərəkətdə olan qatara baxdıqda və s. ola bilər. Vestibulyar aparatın (labirintin), dəhliz-ilbiz sinirinin zədələnmələrindən, görmə itiliyinin anadangəlmə zəifliyindən və s. patoloji nistaqm baş verir. Fizioloji nistaqm göz almasını tez-tez yana çevirdikdə, qulağı soyuq, yaxud ilıq su ilə yuduqda olur.

Həkim bildirib ki, özünüzdə və ya qohumunuzda oxşar simptomlar görsəniz, müayinə və müalicə üçün dərhal mütəxəssislə əlaqə saxlamalısınız.