Xərçəngin müalicəsinə ümid artır: 2026-cı ildən…

0
271

COVİD-19 epidemiyasına qarşı peyvəndlər hazırlayan ilk şirkətlərdən olan “BioNTech” alman biotexnologiya şirkəti önümüzdəki illərdə xərçəng araşdırmalarına daha çox diqqət yetirəcəyini açıqlayıb.

Bu barədə “BioNTech” rəsmiləri dünən San Fransiskoda keçirilən “JP Morgan” səhiyyə konfransında açıqlama verib. Şirkət 2024-cü ilin strateji prioritetləri və gəlir gözləntilərinə dair təqdimat edib.

“BioNTech”in baş direktoru və həmtəsisçisi Prof. Dr. Uğur Şahin hazırda müxtəlif xərçəng növləri üçün qabaqcıl inkişaf mərhələsində araşdırmalar apardıqlarını və araşdırmalardan 2024-cü ilin sonuna qədər on və ya daha çox potensial nəticələr əldə etməyi planlaşdırdıqlarını vurğulayıb.

“Bu il “BioNTech”də mühüm il olacaq, çünki biz 2026-cı ildən gözlənilən ilk onkoloji tətbiqlərimizə doğru innovativ məhsullarımızı genişləndirməyə və inkişaf etdirməyə davam edirik”, – türkiyəli professor bildirib.

Şirkət bu il əsasən COVİD-19 peyvəndlərindən təxminən 3 milyard avro gəlir əldə etməyi hədəfləyir.

Açıqlamada “Biontech”in 2023-cü ilin sonuna qədər təxminən 17,5 milyard avro pul və qiymətli kağız sərmayəsinə sahib olduğu və şirkətin COVİD-19 peyvəndlərinin satışlarının azalmasına baxmayaraq, araşdırma və inkişafa sərmayə qoymağa davam edəcəyi vurğulandı.