Xərçəngdən əziyyət çəkən Əməkdar artist əməliyyat olundu

0
420

Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunub.

Bu haqda aktyor Axşam.az-a açıqlamasında danışıb. Xərçəngdən əziyyət çəkən N.Əsgərov hazırda özünü yaxşı hiss etdiyini deyib:

“On gündür xəstəxanada yatıram. Əməliyyat olundum, bütün mədəmi kəsib götürdülər. Çünki şiş böyük idi, orada qalmasın deyə mədə bütöv götürüldü. Hazırda palataya köçürülmüşəm. Hələ həkim evə buraxılmağı məsləhət görmür. Bəlkə gələn həftə evə buraxıldım”.

Qeyd edək ki, N.Əsgərov bir müddət əvvəl də əməliyyat olunduğunu demişdi. O bildirib ki, ürəyinə stend qoyulub.

Xatırladaq ki, aktyor “Qərib cinlər diyarında”, “Bığ əhvalatı”, “My name is İntiqam”, “Bayram axşamı” kimi filmlərdə rol alıb.