Xərçəng xəstəliyi ilə bağlı yenilik: Peyvənd kəşf olundu

0
11

ABŞ-da hazırlanan fərdiləşdirilmiş xərçəng peyvəndi 9 böyrək xərçəngi xəstəsini sağaldıb.

Bununla bağlı ABŞ-ın Yale Universitetinin alimləri araşdırma aparıb.

2019 və 2021-ci illər arasında tədqiqatda iştirak edən bütün xəstələrin 2023-cü ilin iyul ayında keçirilən müayinəsində onların xərçəngdən müalicə olunduqları aşkar edilib.

Yale Xərçəng Mərkəzi və Dana-Farber Xərçəng İnstitutu tərəfindən hazırlanmış peyvənd sağlam hüceyrələrə zərər vermədən xərçəng hüceyrələrini məhv edib. Bu peyvənd xüsusi olaraq hər bir xəstənin bioloji xüsusiyyətlərinə uyğunlaşdırılaraq, immunitet sisteminin yalnız mutasiyaları tanımasını və məhv etməsini təmin edir.

Sözügedən peyvənd 3-cü və 4-cü mərhələ diaqnozu qoyulan xəstələrin müalicəsini vəd verir.

Qeyd edək ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.