2025-ci ildə xərçəng əleyhinə peyvəndin yaradılmasında yeni mərhələ başlaya bilər.
Bu barədə “The Economist” onkologiya sahəsində aparıcı alimlərin fikirlərinə istinadən xəbər verib.
Bildirilir ki, xərçəng əleyhinə peyvənd nümunələrinin son sınaqları ümidverici nəticələr göstərib. Alimlər hazırda ən geniş yayılmış və aqressiv xərçəng formalarından olan dəri, beyin və ağciyər şişlərinə qarşı preparatın təsirini araşdırırlar.
“Ümid var ki, xərçəng peyvəndləri kimyaterapiya və ya cərrahiyyə kimi daha invaziv müalicə üsullarına ehtiyacı azaldacaq nöqtəyə qədər irəliləyəcək”, – deyə nəşrdə qeyd edilib.
Müəllifin sözlərinə görə, peyvəndin yaradılması üçün alimlər şiş nümunələri götürür, bundan sonra onun genomu ardıcıllaşdırılır və bütün genetik mutasiya variantları axtarılır.
Qeyd etmək lazımdır ki, dekabr ayının sonunda Çinin Milli Nanotexnologiya Mərkəzindən olan alimlər qrupu şiş membranı antigenləri əsasında nanopeyvənd hazırlayıb. Siçanlar üzərində aparılan sınaqlar preparatın yüksək effektivliyini göstərib.