Xərçəngə qarşı möcüzəvi təsiri olan məhsul açıqlanıb

0
289

Balqabaq xərçəngin yaranmasının qarşısını alır.

Bu barədə rusiyalı həkim-dietoloq, tibb elmləri namizədi Mixail Qinezburq bəyan edib.

Onun sözlərinə görə bu məhsulda qan damarlarında xərçəng hüceyrələrinin artmasına mane olan  maddələr var.

Qeyd edək ki, balqabaq antioksidanlarla zəngindir və karotinoid mənbəyidir. Karotenoid nə qədər çox olarsa, o qədər çox miqdarda A vitamini olar. Bu vitaminlər, sərbəst radikalların hüceyrələrə zərər verməsinin qarşısını alırlar, yəni insan orqanizmində baş verən mutasiya prosesini ləngidirlər, bu isə həm də xərçəng əleyhinə təsir göstərir.

Yeri gəlmişkən, balqabağın tərkibində protein, B3, B5, B9, B1, B2, B6, C, K, E vitaminləri, kalsium, dəmir, maqnezium, fosfor, kalium, sink, mis, manqan, silinium var. Bu səbəbdən balqabaq bir çox xəstəliklərin, o cümlədən göz xəstəliklərinin, prostatın dərmanıdır. Bu məhsul həm də immuniteti qaldırır, ağciyərləri təmizləyir.  Balqabaq yumşaldıcı xassəyə malikdir, sidikqovucu və tərqovucudur. Susuzluğu aradan qaldırır. Bişmiş balqabaq qızdırma və öskürəkdə effektli təsirə malikdir. Balqabaq mürəbbəsi – beyin fəaliyyətini qüvvətləndirir. Balqabaq tumu yuxusuzluq hallarında yaxşı təsirə malikdir.