Xəbərdarlıq: Qumar epidemiyaya çevrilir – Təcili tədbir görülməsə…

0
16

Dünyanın aparıcı səhiyyə ekspertlərinin fikrincə, qumar qlobal ictimai sağlamlıq üçün artan təhlükəyə çevrilib və bu problem alkoqol və tütünlə eyni qaydada tənzimlənməklə təcili şəkildə həll edilməlidir.

Bu barədə “Lancet” Xalq Sağlamlığı Komissiyası tərəfindən hazırlanan hesabatda bildirilir.

Hesabata görə, dünyada təxminən 450 milyon insan qumar səbəbindən şəxsi, sosial və ya sağlamlıq problemləri ilə üzləşir.

Bu insanların ən azı 80 milyonu həyatlarında mənfi nəticələrə baxmayaraq, davamlı mərc oyunları ilə məşğul olmağa meyllləndirən “qumar pozğunluğu” adlı psixi sağlamlıq problemi ilə mübarizə aparır.

Mütəxəssislər texnologiya və internet vasitəsilə verilən qumar reklamlarının gənclərə və uşaqlara böyük təsir etdiyini və bunun da qumar asılılığı riskini artırdığını bildiriblər. Xüsusilə onlayn kazinolar və idman mərc oyunları qumar oyunlarının sürətlə artdığı sahələr kimi seçilir.

Hesabatda qumar oyunlarının təkcə maddi itkilər deyil, həm də fiziki və ruhi sağlamlıq problemləri, məişət zorakılığı, intihar riski, cinayət nisbətlərinin artması və iş yerlərinin itirilməsi kimi ciddi nəticələrə səbəb olduğu bildirilib.