Ən çox adi istifadəçilərin kompüterləri kiberhücumlara məruz qalırlar. Müxtəlif şirkətlərin sistemləri ilə müqayisədə onlar təhlükəli proqram təminatına 2 dəfə daha çox yoluxurlar.
Hesabat üçün 37 milyard URL ünvan, 842 milyon domen adı, 4 milyard IP və 31 milyon mobil proqram təhlil edilib. Ən geniş yayılmış təhlükələrdən biri fişinq adlandırılıb – internet fırıldaqçılar başqalarının məlumatlarını ələ keçirmək üçün tez-tez “Facebook”, “Microsoft”, “Apple”, “Google”, “PayPal” və “Dropbox” saytlarının saxta versiyasını hazırlayırlar. Adətən cinayətkarları başqa istifadəçilərin ödəniş informasiyası maraqlandırır.