Hazırda personal kompüterdə “Whatsapp”dan istifadə etmək üçün bu messencerin veb versiyası ilə mobil versiyası arasında sinxronlaşdırmanı reallaşdırmaq lazımdır. Lakin bu halda smartfon sönülü olarsa, messencerin veb versiyası vasitəsilə mesaj göndərmək mümkün olmayacaq. Görünür, bu vəziyyət yaxın zamanda dəyişəcək.
Məşhur messencerin tərtibatçıları “Whatsapp”dakı istifadəçi hesabının həm smartfonda, həm də kompüterdə ayrı-ayrılıqda istifadəsi özəlliyini test edir.
Bu fuksiya messencerin “Windows” üçün olacaq versiyasında dəstəklənəcək. Başqa sözlə desək, tərtibatçılar “Whatsapp”ın kompüter versiyasını hazırlayırlar. Bəzi məlumatlara əsasən, messencerin bu versiyası ilin sonuna kimi təqdim olunacaq. Lakin messencerin “iPad” versiyası gecikir.